“Pekin-2022” Qış Olimpiya Oyunlarında mübarizə başa çatıb

11:26 20.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çində keçirilən 24-cü Qış Olimpiya Oyunlarında mübarizə başa çatıb.

Hafta.az xəbər verir ki, fevralın 20-də - Olimpiya Oyunlarının sonuncu günündə qadınlar arasında 30 kilometr məsafəyə xizək yarışı, dağ xizəkçiliyi, bobsley, körlinq və hokkey üzrə yarışlar keçirilib.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında birinci yeri Norveç komandası tutub. Bu ölkənin idmançıları 16 qızıl, 8 gümüş, 13 bürünc medal qazanıblar. Norveç qızıl medalların sayına görə Qış Olimpiya oyunlarının tarixində yeni rekorda imza atıb. İndiyədək bir “Ağ Olimpiada”da heç bir komanda bu qədər çempionluq yaşamayıb. Norveç bütün Qış Olimpiya Oyunları tarixində həm ən çox qızıl, həm də ən çox medal qazanan ölkədir.

İkinci yeri 12 qızıl, 10 gümüş və 5 bürünc medalla Almaniya tutub. Ev sahibi – Çin komandasının aktivində 9 qızıl, 4 gümüş və 2 bürünc medal var. Çin idmançıları indiyədək heç bir Qış Olimpiya Oyunlarında bu cür yüksək nəticə göstərməyiblər.