Peyvənd olunanların sayı açıqlanıb

16:51 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 731 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 212, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 117 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 741 589, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 489, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 665, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 293 172, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 263 nəfər təşkil edir.