Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 786 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.