Piyada əleyhinə minaların kütləvi istehsalına başlanılacaq

15:57 14.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Finlandiya piyada əleyhinə minaların istehsalına və şəxsi heyətin onlardan istifadə üzrə hazırlığına başlayır.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkanen bəyanatla çıxış edib.

Qeyd edək ki, yanvaırn 10-da Finlandiya rəsmən Piyada əleyhinə minalar haqqında Ottova konvensiyasından çıxıb.

“Finlandiyanın piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxması 10 yanvar 2026-cı ildə qüvvəyə minib. Bunun nəticəsində müdafiə administrasiyası piyada əleyhinə minaların Silahlı Qüvvələrin arsenalına qaytarılması ilə bağlı planlaşdırmaya başlayacaq”, – deyə müdafiə nazirinin bəyanatında qeyd olunur.

O bildirib ki, konvensiyadan çıxma günü milli qanunvericiliyə edilmiş dəyişikliklər də qüvvəyə minib və bu dəyişikliklər piyada əleyhinə minaların istehsalı, əldə edilməsi və istifadəsinin kriminallaşdırılmasını ləğv edir.