“Polish Airlines” aviaşirkətinin Varşavaya həyata keçirməli olduğu reys ləğv edilib

14:57 05.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

05 yanvar 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya Polish Airlines aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbilə ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan hafta.az-a bildirilib ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, aviaşirkət tərəfindən alternativ təyyarə göndəriləcək.

Sərnişinlər uçuşun yeni vaxtı barədə məlumatlandırılacaq.

Əlavə məlumat üçün sərnişinlər Polish Airlines aviaşirkətinə müraciət edə bilərlər:
+994 12 597 55 30
+994 77 223 99 93
+48 788 950 370 (WhatsApp)