Premyer Liqamızda 2021/2022 mövsümünə yekun vuruldu

22:27 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub. 

Hafta.az xəbər verir ki, 28-ci turun bütün görüşləri eyni gündə keçirilib. "Zirə" "Şamaxı" ilə qolsuz bərabərə qalıb, "Qəbələ" isə "Sabah"la heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra "Zirə" 47 xalla çempionatı 3-cü pillədə başa vurub. "Qəbələ" 45 xalla 4-cü olub.  "Sumqayıt" "Səbail"i qəbul edib və 5:0 hesabı ilə qalib gəlib. "Qarabağ" isə "Neftçi"ni qəbul edib və 4:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" 3 tur öncə çempionluğu rəsmiləşdirib. "Neftçi", "Zirə" və "Qəbələ"nin isə növbəti mövsüm üçün Konfrans Liqasına vəsiqə qazandığı müəyyənləşib. "Neftçi" yarışda 2-ci yeri təmin edib. Mükafatçılar sırasına düşən komandalar bu gün təltif olunacaqlar. 

21 may

“Qarabağ” – “Neftçi” - 4:1

Qollar: Patrik Andrade, 5 (1:0), Kadi Borqes, 10 (2:0), Patrik Andrade, 14 (3:0), Brkiç, 57-avtoqol (4:0), Ramon Maçado, 71 (4:1)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
“Azersun Arena

“Sumqayıt” – “Səbail” - 5:0 

Qollar: Anatoli Nuriyev, 4, Əli Qurbani, 35, 42, Elvin Bədəlov, 51, Vüqar Bəybalayev, 86
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
“Kapital Bank Arena”

“Zirə” – “Şamaxı” - 0:0 

Qırmızı vərəqə: Keyta, 87-birbaşa qırmızı vərəqə ("Zirə")
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” – “Sabah” - 1:1

Qollar: Murad Musayev, 68 (1:0), Aleksey Kaşuk, 86 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu

Oxunma sayı 48