Hər kəs yaxşı xatlrlayır ki, prezident İlham Əliyev müharibədən əvvəl adətən doğum günlərini məcburi köçkünlərlə görüşlərlə keçirirdi. Hər dəfə də onları əmin edirdi ki, doğma yurdları işğaldan azad olunacaq.
Hafta.az-ın yazdığına görə, nəhayət, 2020-ci ildə cəmi 44 gün davam edən savaş nəticəsində torpaqlarımız işğaldan azad edildi və Prezident ənənəsinə sadiq qalaraq doğum günlərini əsasən azad olunmuş torpaqlarımızda xalqla birlikdə qeyd edib.

Xronikaya nəzər salaq:
2011-ci ildə Ali Baş Komandan 50 yaşını ailəsi ilə birgə cəbhə xəttində əsgərlərlə keçirib.
2012-ci ildə İlham Əliyev ad günündə Sumqayıtda Qarabağ müharibəsi və şəhid ailələri üçün inşa edilən 96 mənzilli binanın açılış mərasiminə qatılaraq qeyd edib.
2013-cü ilin bu günündə Prezident Bakının Ramana qəsəbəsində Sağlamlıq imkanları məhdud gənclərin peşə reablitasiya mərkəzinin yenidən qurmasından sonra açılışını edib.
2014-cü ildəki doğum günündə Bakı Ağ şəhərin inşası başa çatan ofis binası və layihə çərçivəsində görülən digər işlərlə tanış olub.
2015-ci ilin 24 dekabrında paytaxtın Nərimanov rayonundakı gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılış mərasiminə qatılıb.
2016-cı ildə ənənəsinə sadiq qalan Prezident 55 yaşını Yeni Yasamalda sosial evlərin təməlqoyma mərasiminə qatılaraq xalqla birlikdə qeyd edib.

2017-ci ildə Ağ Şəhərdə bəzi obyektlərin açılışında iştirak edib.
2018 və 2019-cu illərdə dövlət başçısının ailəsi tərəfindən çox gözəl doğum günü fotoları paylaşılıb.
2020-ci il dekabrın 23-də prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında səfərdə olub.
2021-ci ildə prezident doğum gününü Şuşada qeyd edib.
2022-ci il dekabrın 24-də ölkə başçısı Qərbi Azərbaycan İcması ilə görüşüb.
2023-cü ildə prezidenti İlham Əliyev doğum gününü ailəsi ilə birlikdə qeyd edib…