Rusiya Qərbə “öz təhlükəsizliyini qorumaq” əzmini nümayiş etdirmək üçün Novaya Zemlya(Yeni Torpaq”) arxipelaqında nüvə silahını partlatmalıdır.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Kremlin təbliğat ruporlarından olan “RİA Novosti” agentliyinə açıqlamasında “Kurçatov İnstitutu” Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk danışıb. Nümunə olaraq o, 1961-ci ildə baş vermiş “Çar bomba” nüvə sınağını göstərib.
"İndi vəziyyət tam olaraq eynidir. Novaya Zemlyada sınaqlar keçirmək kifayətdir... Ən azı bir dəfə. Və hər şey öz yerinə düşəcək" -deyə rusiyalı alim məkrlə vurğulayıb.
Rusiya mətbuatı qeyd edir ki, Kovalçuk yalnız Ukraynaya qarşı müharibənin ideoloqlarından biri deyil, həm də Putinin yaxın dostudur. Onun qardaşı "Rossiya Bank"ın əsas səhmdarıdır.