Putinin səfərbərlik qərarına etiraz - REP İFAÇISI İVAN PETUNİN İNTİHAR ETDİ

12:40 02.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı rep ifaçısı İvan Petunin ölkəsinin Ukrayna torpaqlarını işğal etməsinə etiraz əlaməti olaraq intihar edib.

Hafta.az-ın yazdığına görə, Petunin sosial şəbəkədə intihar etməzdən əvvəl öz həyatına son qoymaq qərarının səbəblərini izah edən video yayımlayıb.

Rusiyanın cənubundakı Krasnodar şəhərindən olan, səhnə adı "Walkie" olan repçi 27 yaşlı İvan Petunin Telegram kanalında "Mən qətldə günahkar olmaq istəmirəm" deyib. "Avica" saytının məlumatına görə, video daha sonra silinib.

Rus repçi sözünə aşağıdakı kimi davam edib: “Heç bir ideal uğrunda kimisə öldürməyə hazır deyiləm”.

93dut.ru saytı musiqiçinin Krasnodarda hündür binadan özünü ataraq intihar etdiyini açıqlayıb.

Məlumata əsasən, Petunin psixoloji problemlərinə görə hərbi xidmətdən azad edildiyini, lakin Rusiya səlahiyyətlilərinin açıqladığı qismən səfərbərlik qərarının əsgərlik yaşında olan bütün kişilərə təsir edəcəyindən qorxduğunu bildirib.

“Walk Out Boy 3” adlı yeni albomunu çıxaran Petunin, onu daha yaxşı başa düşmək üçün pərəstişkarlarından əvvəlki mahnılarını dinləmələrini istəyib.

Xatırladaq ki,  sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan 300 min əsgəri çağıraraq “qismən səfərbərlik” əmrini verib.

Oxunma sayı 2902