Qadın cüdoçularımız Avropa kubokunda iştirak edəcəklər

23:11 03.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 7-8-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa kuboku turniri keçiriləcək.

Hafta.az xəbər verir ki, yarışda Azərbaycanın 6 qadın cüdoçusunun iştirakı planlaşdırılır. Belə ki, qitə turnirində Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq), Aytəkin Paşazadə (78 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, cüdoçularımızdan A.Qardaşxanlı ötən ay Polşada şəhərində keçirilmiş analoji yarışda uğurla çıxış edərək qalib adını qazanıb.