Qanunsuz erməni silahlılarının Yuxarı Veysəllidə səngər qazması işləri dayandırılıb - MN

17:38 25.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

Hafta.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Oxunma sayı 125
Siyasət rubrikasından digər xəbərlər