Rusiyada Dövlət Dumasının deputatları qanunu pozan xarici vətəndaşlara verilən cəzaların sərtləşdirilməsini tələb ediblər. Parlamentin aşağı palatasına təqdim edilən yeni qanun layihəsi əvvəllər inzibati cərimələri kifayət qədər olduğu hallarda əcnəbilərin dərhal deportasiyasını nəzərdə tutur.
Hafta.az-ın “Novıe İzvestiya” portalına istinadən yazdığına görə, deportasiya tələb olunduğu hallara misal olaraq sərhədi keçmə pozuntularını, patent müraciəti müddətinin aşması, patentsiz və ya patent zonasından kənarda işləmələri sadalayır.
Millət vəkilləri qanun layihəsinə əlavə etdikləri bəyanatda son üç ildə mühacirlərin törətdiyi cinayətlərin 25 faiz artdığını qeyd edirlər. Müvafiq olaraq, 2023-cü ildə immiqrantlar tərəfindən törədilən cinayətlərin sayı 25 mini keçib.
Deputatlar bu qanun layihəsi ilə qeyri-formal iqtisadiyyatı hədəf aldıqlarını bildirirlər.
Qanun layihəsi Liberal Demokrat Partiyasından olan deputatlar tərəfindən hazırlanıb.