“Qarabağ” mövzusundakı ssenari müsabiqəsinin müddəti uzadılıb

14:24 21.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “Azərbaycanfilm-100” ssenari müsabiqəsinə sənədlərin qəbulu mərhələsinin müddəti uzadılıb.

Hafta.az xəbər verir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Tammetrajlı bədii film kateqoriyasında keçirilən müsabiqənin əsas məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq, onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.

Reqlamentə əsasən, iyun ayının 30-da layihələrin qəbulu başa çatır. Çoxsaylı müraciətləri nəzərə alaraq müsabiqənin sənəd qəbulu mərhələsinin iyul ayının 15-ə qədər uzadılmasına qərar verilib. Sənədlərin qəbulu elektron şəkildə [email protected] poçt ünvanı vasitəsilə aparılır.

Qeyd edək ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək. Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan Kino Günündə elan olunacaq.

Oxunma sayı 268