Qarabağda 1329 erməni cəsədi tapılıb

10:46 29.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni hərbçilərin cəsədlərinin toplanması davam edir.

Hafta.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün daha 8 hərbçinin cəsədi tapılıb.

Onların şəxsiyyətini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin olunub. Bu günə qədər Qarabağda 1329 erməni cəsədi aşkar olunub.