Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. İlk olaraq “Səbail” “Sabah”ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Oyunda qol vurulmayıb.
8 may
“Qarabağ” – “Zirə” - 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Azersun Arena”
“Səbail” – “Sabah” - 0:2
Qollar: Boyan Letiç, 15, Lukas Rangel, 36
Reallaşdırılmayan penalti - Aleksey İsayev, 2 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“ASCO Arena”
9 may (bazar ertəsi)
17:30. “Sumqayıt” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Kapital Bank Arena”
19:45. Qəbələ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu.