Qaradağ RİH-nin başçısı növbəti dəfə videoqəbul keçirib

19:54 29.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rayonun bütün qəsəbə sakinləri ilə hər çərşənbə günü olduğu kimi növbəti dəfə videoqəbulu keçirilib.

Hafta.az yazır ki, videoqəbul formatında keçirilmiş qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, təsərrüfat sahələrinin rəhbərləri də onlayn iştirak ediblər.

Onlayn qəbulu giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı S.Mikayılov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən əhalinin qaldırdıqları problemləri, sakinləri narahat edən sosial məsələlərin həlli diqqətdə saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın sağlamlığı, rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

Videoqəbulda iştirak edən Lökbatan qəsəbəsindən 3, Sahil qəsəbəsindən 1 və Müşfiqabad qəsəbəsindən də 1 nəfər olmaqla, ümumilikdə 5 nəfər fərdi qaydada S.Mikayılov tərəfindən dinlənilib.

Sakinlərin müxtəlif məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Rayon İcra Hakimiyyətinin başçısı, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu vurğulayıb.

Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, bəzi müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin isə baxılması üçün aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Daha sonra S.Mikayılov nitqində Covid-19-la mübarizədə dövlət tərəfindən görülən, vətəndaşlarımızın sağlamlığının qorunmasına istiqamətlənmiş çoxşaxəli tədbirlərdən danışıb, bu işdə öndə olan, həyatlarını təhlükəyə atan həkimlərə təşəkkür etmiş, vətəndaşlarımıza dövlətin atdığı addımlara dəstək olduğu üçün minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikanda koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin təmin edilməsi, fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün RİH aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qruplar fəaliyyətlərini gücləndirib, insanlar arasında sosial məsafənin gözlənilməsi (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə təbliğat-izahat işləri aparırlar. Mobil qrupların apardığı bu işlərdə hər bir rayon sakinin dəstəyinin vacibliyini xüsusi vurğulanıb.

Sosial rubrikasından digər xəbərlər