Qazaxıstanın dəmir yolu obyektlərini dövlət mülkiyyətinə qaytarılacaq

14:01 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın dəmir yolu sənayesinin əsas obyektləri dövlət mülkiyyətinə qaytarılacaq, onların xüsusi mülkiyyətə keçməsi ilə bağlı əməliyyatlar etibarsız sayılıb. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti respublikanın baş naziri Əlixan Smailovun sədrliyi ilə iqtisadiyyatın inhisardan çıxarılması üzrə komissiyanın iclasının yekunlarına dair məlumat yayıb.

Xüsusilə, nəzarət orqanları tərəfindən xüsusi mülkiyyətçilər tərəfindən “etibar edilmiş əmlakın mənimsənilməsi faktları müəyyən edilmişdir”. Xəbərdə bildirilir ki, başlanmış cinayət işi çərçivəsində istintaq orqanları aktivlərə həbs qoyularaq yekun prosessual qərar qəbul edilənə qədər “Qazaxıstan Temir Yolu” şirkətinin (KTZ, Qazaxıstan Dəmir Yolları) idarəçiliyinə verilib. Əmlak kompleksinin mühafizəsi təmin edilir.

Hansı obyektlərdən söhbət getdiyi göstərilmir.