Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Hafta.az xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Qazaxıstanda Məclisə (parlamentin aşağı palatası) və Maslixatlara (yerli idarəetmə qurumları) növbədənkənar seçkilərlə əlaqədar, Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 saylı seçki məntəqəsi yaradılıb.
Diplomat deyib ki, Azərbaycanda yaradılmış məntəqədə ölkəmizdə daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik şəxslər səs verə biləcəklər. O, əlavə edib ki, seçki məntəqəsi lazımi avadanlıqlarla təchiz edilib.
Qeyd olunub ki, seçkilərlə bağlı səsvermə mart ayının 19-da, bazar günü, saat 07:00-dən 20:00-dək keçiriləcək.