Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq maliyyə hesabatı standartlarına əsasən, “Qazprom”un 2023-cü ilin birinci yarısında xalis mənfəəti 8,5 dəfə azalaraq 296,24 milyard rubl təşkil edib. Ötən ilin eyni dövründə “Qazprom”un gəliri 2,51 trilyon rubl olub.
Hafta.az-ın yazdığına görə, şirkətin bəyanatında deyilir ki, mənfəətin azalması əsasən rublun bu dövrdə dollara nisbətdə 24 faiz, avroya qarşı isə 26 faiz ucuzlaşmasından sonra məzənnə fərqlərinin maliyyə maddələrinə təsiri ilə bağlıdır.
“Qazprom” İdarə Heyətinin sədr müavini Famil Sadıqov bildirib ki, Avropaya ixracın azalması ilə yanaşı Çinə tədarükün artımı davam edəcək və kəsirlər neft sahəsində səmərəli fəaliyyətlə qismən kompensasiya edilib.