“Qəbələ” avrokubokda, “Neftçi” uduzdu, "Qarabağ"dan darmadağın

19:50 15.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Premyer Liqada 27-ci turun oyunları keçirilib.

Hafta.az bildirir ki, bütün oyunlar eyni saatda baş tutub.

Ölkə çempionu “Qarabağ” “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri autsayderi böyük hesabla məğlub edib.

“Zirə” və “Neftçi” arasında keçirilən görüş meydan sahiblərinin qəəbəsi ilə yekunlaşıb. Bununla da qəsəbə təmsilçisi 3-cü pillədəki mövqeyini qoruyub və Konfrans Liqasına vəsiqə qazanıb.

“Qəbələ” də səfərdə “Şamaxı”nı minimal hesabla yenməklə avrokuboklara vəsiqə əldə edib.

“Sabah” isə öz meydanında “Sumqayıt”la görüşdə bir xal qazanıb. Bu xal itkisinə görə klub avrokuboka çıxmaq şansını itirib. 

Premyer Liqa
27-ci tur

“Zirə” – “Neftçi” - 1:0
Qol: 
Ramin Əhmədov, 81
Baş hakim: Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu

“Şamaxı” – “Qəbələ” - 0:1
Qol:
 Emil Səfərov, 25
Baş hakim: Elçin Məsiyev
Şamaxı şəhər stadionu

“Sabah” – “Sumqayıt” - 2:2
Qollar: 
Sebalyos 90+5 (p.), Aleksey Kaşuk 90+6 - Vurğun Hüseynov, 56, Rəhim Sadıxov, 83
Qırmızı vərəqə: Amin Seydiyev, 53
Baş hakim: Rəşad Əhmədov
“Bank Respublika Arena”

“Səbail” – “Qarabağ” - 0:3
Qollar: 
Rauf Hüseynli, 70, Musa Qurbanlı, 87, Ramil Şeydayev, 90+1
Baş hakim: Vüqar Həsənli
“ASCO Arena”

Oxunma sayı 46