Quba sakinindən qanunsuz saxladığı tüfəng götürülüb

12:43 19.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə əməliyyat-axtarış tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşları rayonun Cimi kənd sakini Qaflan Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır, həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi yoxlanılır.

Sosial rubrikasından digər xəbərlər