Qurban Qurbanova bu mükafat veriləcək

23:39 17.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Olimpi­ya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiy­asının 2022-ci il üçün ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatını alacaq şəxsin adına aydınlıq gəlib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə ev oyununda feyr-pley jesti etdiyini xatırladıb və mükafatın ona veriləcəyini deyib:

"Artıq bunu əminliklə deyə bilərəm. Qurban Qurbanov "Marsel"lə oyunda möhtəşəm feyr-pley jesti etmişdi".

Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, lakin baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.