Rafiq Hüseynov tarixi rekorda imza atıb

14:35 04.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rafiq Hüseynov Azərbaycan yunan-Roma güləşində rekorda imza atıb.

Hafta.az xəbər verir ki, çempionatda 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz bu nailiyyəti Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında rəsmiləşdirib. O, yunan-Roma güləşində üçqat Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb. R.Hüseynov Dortmundda (2011-ci il), Romada (2020-ci) və Budapeştdə (2022-ci) qızıl medala yiyələnib.

Güləşçinin hesabında qitə birinciliyinin bürünc medalı da var. R.Hüseynov 2018-ci ildə Kaspiyskdə üçüncü olub.