Ramazanda qeyri-iş günlərinin sayı açıqlandı

14:40 22.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprel ayında Ramazan bayramı münasibətilə 4 gün qeyri-iş günü olacaq.

Hafta.az xəbər verir ki, aprel ayının 21, 22-də Ramazan bayramı qeyd olunacaq.

22 aprel şənbə gününə təsadüf etdiyindən, istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel istirahət günü sayılacaq. Beləliklə, 21-24 aprel tarixləri qeyri-iş günləridir.