Rəşad Dağlının həbs müddəti uzadıldı

13:35 04.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Dağlı) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hafta.az-ın məlumatına görə, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və R. Dağlının həbs müddəti 2 ay uzadılıb.

Xatırladaq ki, R. Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib. Qətli törədəndən sonra R. Dağlı könüllü olaraq polisə təslim olub və qətl hadisəsini törətdiyini etiraf edib. Qaradağ rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.