Ronaldo evlənir

16:39 07.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

İspaniya mətbuatı portuqaliyalı futbolçu Kriştiano Ronaldonun 2017-ci ildən birlikdə olduğu Georgina Rodriguez ilə toy planlaşdırmağa başladığını iddia edib.

İspaniyanın rəqəmsal qəzeti OK Diario, Ronaldonun "mükəmməl həyat yoldaşı" tapdığına inandığını və Rodrigezə evlilik təklif etdiyini iddia etdi. Qəzetin yazdığına görə, tarix hələ bəlli olmasa da, Ronaldo toya hazırlıq üçün əlavə pul xərcləməyə başlayıb. Ronaldonun anası Dolores də bu yaxınlarda verdiyi müsahibədə Rodrigezin oğluna böyük dəstək olduğunu və onu gələcəkdə "gəlin" kimi gördüyünü söyləmişdi.