Rusiyadan bəzi tekstil istehsalçıları Qırğızıstan, Özbəkistan və Qazaxıstan kimi ölkələrdə istehsala başlayıblar.
Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, bu brendlərə misal olaraq “Snejnaya Koroleva”, “I Am Studio” və “Melon Fashion Group”u göstərmək olar.
Xəbərə görə, əvvəllər Çində istehsal olunan bu markalar qarşılaşdıqları bəzi çətinliklərdən sonra istehsalı keçmiş sovet respublikalarına keçirmək qərarına gəliblər. Bu çətinliklər arasında xammal tədarükü və sifarişlərin çatdırılma müddətlərinin həddən artıq uzun olması, bahalı xidmətlər və logistika qeyd olunur.
Qəzet tekstil istehsalçılarının fikirlərinə istinad edərək yazır ki, Mərkəzi Asiya ölkələrində istehsal Çin və Türkiyə kimi alternativlərdən 20-50 faiz ucuz başa gəlir.
Fashion Consulting Group-dan Anna Lebsak-Kleymans Belarus və Orta Asiya ölkələrində istehsal olunan məhsulların 3 gündən 20 günə qədər çatdırıldığını, fabriklərin ödənişi rublla qəbul etdiyini bildirib.