Dünya Bankı müxtəlif iqtisadiyyatların ÜDM-lərini alıcılıq qabiliyyəti paritetinə görə müqayisə edib. Dollar ifadəsində alıcılıq qabiliyyəti paritetinə (PPP) görə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) baxımından qiymətləndirilən hesabata görə, Rusiya bu göstəricidə hələ də dünyanın ən böyük 5 iqtisadiyyatı sırasındadır.
Hafta.az-ın yazdığına görə, araşdırmada meyar kimi götürülən istehlak səbəti üçün Rusiyada 2022-ci ildən etibarən 5510 dollar tələb edildiyi və bu rəqəmin 2030-cu ilə qədər yüzdə 7,9 artımla 5943 dollara yüksələcəyi təxmin olunduğu bildirilib.
Hesabata görə, Rusiya Dünya Bankının reytinqində Almaniya, Fransa, İtaliya, Kanada və Böyük Britaniyanı geridə qoyub.
Siyahıda lider ölkə 31,5 trilyon dollar ÜDM ilə Çin Xalq Respublikası, ikinci yerdə 23,1 trilyon dollar ÜDM ilə ABŞ, üçüncü yerdə isə 15,8 trilyon dollarla Hindistan qərarlaşıb.
Yaponiya 5,6 milyard trilyon dollarla dördüncü yerdədir. Dünya Bankının proqnozlarına görə, ilk üçlükdə yer alan reytinqin 2030-cu ilə qədər dəyişməsi gözlənilmir.
Rusiya prezidenti Vladimir Putin, Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyanın 2023-cü ildə ÜDM artımının 1,5-2 faiz civarında olacağının gözlənildiyini bildirib.
Ötən ilin oktyabrında Euronews telekanalı mövzu ilə bağlı aşağıdakı xəbəri dərc etmişdi.