Rusiya qazının Ukraynadan tranziti təhlükə altındadır - Bloomberg

20:07 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının doqquzuncu ayında Rusiya qazının Ukrayna GTS vasitəsilə tranziti təhlükə altındadır.

GTS operatorunun keçmiş rəhbəri Sergey Makoqon Bloomberg-in şərhində deyib ki, Ukraynanın enerji sisteminə zərbələr səbəbindən Rusiya qazının Ukrayna ərazisindən tranziti təhlükə altındadır.
"Rusiyanın Ukraynanın qaz və elektrik şəbəkələrinə hücumu tranziti poza bilər. Vəziyyət mürəkkəbdir, lakin idarə oluna bilər", - Makoqon bildirib.

Bu günə qədər Ukrayna ərazisindən tranzit Şimal axını qəzasından sonra Rusiyanın Qərbi Avropa ölkələrinə tədarükünün yeganə mümkün marşrutu olaraq qalır.

Oxunma sayı 1601