Rusiya qoşunları bu istiqamətdə mühasirəyə alındı - BAŞ KOMANDAN

12:08 29.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dobropolye sektorunda qoşunlarımızın yaxşı planlaşdırılmış və cəsarətli hərəkətləri sayəsində düşmənin bəzi bölmələri mühasirəyə alınıb.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Aleksandr Sırski telegram- kanalında bildirib və qeyd edib ki, o, daha bir gününü cəbhənin əsas istiqamətlərində fəaliyyət göstərən bölmələrlə işləməyə həsr edib.

O, qeyd edib ki, əks-hücum əməliyyatında iştirak edən birlik və bölmə komandirləri ilə görüş keçirib.

"Qoşunlarımızın yaxşı planlaşdırılmış və cəsarətli hərəkətləri sayəsində düşmənin bəzi bölmələri mühasirəyə alınıb. Dobropilye sektorunda işğalçıların ümumi itkiləri 3185 nəfər təşkil edir ki, onlardan 1769-u bərpa olunmazdır", - Sırski bildirib.

O, əlavə edib ki, işğalçılar 969 ədəd silah və hərbi texnika itiriblər.

"Əks-hücum əməliyyatı zamanı azad edilmiş ərazinin sahəsi indiyədək təqribən 175 kvadrat kilometr təşkil edir. Bundan başqa, daha 195 kvadrat kilometr ərazi təxribat qruplarından təmizlənib".

Sırski həmçinin qeyd edib ki, o, düşmənin atəş gücünün, xüsusən də uzaq məsafələrdə effektivliyini artırmaq üçün lazımi göstərişlər verib:

- müəyyən ərazilərdə düşmən təxribat qruplarını zərərsizləşdirmək;

-bölmələrarası əməkdaşlığın keyfiyyətini yüksəltmək.

Sultan Laçın