Rusiya XİN Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı

14:24 23.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistana çağırış edib.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, sülh prosesinə alternativ yoxdur.

 

"Hesab edirik ki, sülh prosesinə alternativ yoxdur. Bunda biz qərarlıyıq və mövqeyimizi bir daha təsdiq edirik. Tərəfləri bəyanatlarında və hərəkətlərinə təmkinli olmağa və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün trekləri üzrə danışıqları bərpa etməyə çağırırıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

 

Zaxarova qeyd edib ki, Ermənistanla Azərbaycan arasında düşmənçilik ritorikasının güclənməsi, Qarabağda insidentlərin artması və Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı tərəflərin güzəşt axtarmağa hazır olmaması narahatlıq doğurur.

Oxunma sayı 105
Siyasət rubrikasından digər xəbərlər