Rusiyada əksəriyyət 70 yaşlı birinin prezident seçilməsini istəmir

09:13 20.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan araşdırma göstərib ki, insanların çoxu 70 yaşını tamamlamış bir prezidentin ölkəni idarə etməsini istəmir.

Hafta.az-ın yazdığına görə, "Rus Field" şirkətinin sorğusuna qatılan Rusiya vətəndaşlarının 68 faizi prezidentin 70 yaşdan aşağı olmasını istədiklərini bildirib.

Qeyd edək ki, yenidən namizəd olacağı gözlənilən prezident Putinin bu il 70 yaşı tamam olub.

İctimaiyyətə görə, prezident kürsüsündə əyləşəcək insan üçün homoseksuallıqdan (80 faiz) sonra ikinci ən mənfi xüsusiyyət qocalıqdır.

Sorğuda iştirak edənlərin 42 faizi Şimali Qafqazdan, 40 faizi müsəlman, 35 faizi 40 yaşından kiçik birinin, 33 faizi isə yəhudi əsilli birinin prezident olmasını istəmədiyini bildirib.