“Rusiyanın Ukraynada məğlub olacağı ehtimalı kifayət qədər yüksəkdir. Amma bu savaşın 2023-cü ildə bitəcəyini düşünmək bir qədər çox optimist yanaşmadır”.
Bunu hafta.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
“Düşünürəm ki, Rusiya bütün gücü ilə, son insanınadək, son damla qanınadək döyüşəcəkdir. Ona görə ki, Ukraynada məğlubiyyət və hər hansı bir məğlubiyyət fonunda sülh sazişinin imzalanması Rusiyadakı hakimiyyətin çökməsi deməkdir. Və artıq həmin rejim daxilində ziddiyyətlər yaranmaqdadır. Məsələn, Putinin komandasıyla hərbçilər arasında meydana çıxan ziddiyyətlər, onların artıq açıq müstəviyə keçməsi göstərir ki, Kreml hətta Rusiyada hərbi xuntanın yaranması ssenarisi üzrə də gedə bilər. Bu isə bizə indikindən daha pis perspektivlər vəd edir...”-deyə davamında siyasi analitik bildirib.