Rusiyadan qonşu ölkələrə pul köçürmələrində xeyli artım olub. Mərkəzi bankların məlumatına görə, Rusiyadan Qazaxıstan, Gürcüstan və Ermənistana pul köçürmələri 300-500 faiz artıb.
Hafta.az-ın yazdığına görə, ötən il Rusiyadan Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ermənistan və Qırğızıstana pul köçürmələri rekord səviyyədə artıb.
Qazaxıstan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ildə Rusiyadan olan fiziki şəxslər bu ölkəyə 357 milyard tenge köçürüblər. Bu rəqəm təxminən 774,4 milyon dollara bərabərdir. Beləliklə, Rusiyadan Qazaxıstana pul köçürmələri 2014-cü ildən bəri ən yüksək həddə çatıb.
Ötən il Rusiyadan Gürcüstana fiziki şəxslər tərəfindən pul köçürmələri 2 milyard dollara yüksəlib. Hansı ki, 2021-ci ildə bu rəqəm 411,3 milyon dollar olub.
Rusiyadan Özbəkistana pul köçürmələrinin məbləği 2,6 dəfə artaraq 14,5 milyard dollara çatıb.
2022-ci ilin ilk 11 ayında Rusiyadan Ermənistana fiziki şəxslər tərəfindən 3,1 milyard dollar vəsait köçürülüb.
Rusiyadan qonşu ölkələrə PUL KÖÇÜRMƏLƏRİ 3-5 DƏFƏ ARTIB
11:06 30.01.2023
Müəllif:Vüsal Tağıbəyli

Yazını böyüt
Yazını kiçilt
Oxunma sayı 409
İqtisadiyyat rubrikasından digər xəbərlər