Rusiyalı oliqarx Adnan Oktarın malikanəsini aldı

09:50 19.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Adnan Oktarın istifadə etdiyi Kandilli Vaniköydəki malikanəni Kremlə yaxınlığı ilə tanınan və bir müddət əvvəl Ukrayna ilə Rusiya arasında İstanbulda keçirilən sülh danışıqlarına qatılan məşhur rus oliqarx Roman Abramoviçin aldığı iddia edilir.

Hafta.az-ın “Hürriyət”ə istinadən yazdığına görə, rus oliqarx sözügedən malikanəni 18 milyon dollara alıb.

Roman Abramoviç Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Londondan İstanbula köçüb. Bildirilib ki, dünyanın aparıcı milyarderlərindən olan Abramoviç uzun müddətdir İstanbulda özünəməxsus ev axtarır və Boğazda satılan malikanələri araşdırır.

Helikopter meydançasına icazə verilmədiyi üçün Boğazdakı malikanəni almaqdan vaz keçən rus oliqarxın Vaniköydəki bu malikanəni aldığı bildirilib. İddia olunur ki, malikanədə təmir işlərinə başlanılıb və helikopter meydançası da tikiləcək.

Daha əvvəl Türkiyə mətbuatında Adnan Oktarın saxlanıldığı əməliyyata qədər illərlə kirayədə yaşadığı, Vaniköy təpələrindəki “kosmik malikanəsini” rusiyalı milyarder Boris Borisenko tərəfindən 26 milyon dollara aldığı iddia edilmişdi.