Rusiyalı zənginlərin sərvəti 94 MİLYARD DOLLAR ƏRİYİB

10:15 04.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ukraynada hərbi əməliyyatlar başlayandan sonra tətbiq edilən sanksiyalar ilin əvvəlindən Rusiyanın ən varlı adamlarının ümumi sərvətini 94 milyard dollar azaldıb”.

Hafta.az-ın yazdığına görə, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, bu dövrdə aktivləri ən çox azalan adlar Viktor Vekselberq və Aleksey Mordaşovdur.

“Renova Group”un qurucusu Vekselberqin sərvəti yanvarın 10-dan oktyabrın 3-dək 60,8 faiz azalaraq 7,24 milyard dollar olub.

"Severstal"ın idarə heyətinin sədri Aleksey Mordaşovun aktivləri 34 faiz azalaraq 19,1 milyard dollara düşüb.

Təbii qaz şirkəti NOVATEK və kimya nəhəngi "Sibur"un əsas səhmdarı Gennadi Timçenkonun sərvəti də 9,66 faiz azalaraq 12,8 milyard dollaradək geriləyib.

Polad nəhəngi NLMK-nın direktorlar şurasının sədri Vladimir Lisinin sərvəti 32,6 faiz azalaraq 9,12 milyarda, “Evraz” metallurgiya şirkətinin ən böyük səhmdarı Roman Abramoviçin sərvəti isə 45,9 faiz azalaraq 9,74 milyard dollara düşüb.

Rusiyanın ən varlı adamı olan Vladimir Potaninin sərvəti eyni dövrdə 2,17 milyard dollar azalaraq 28,7 milyard dollar olub.

Oxunma sayı 978