Rusiya Mərkəzi Bankının məlumatına görə, beynəlxalq valyuta ehtiyatları 583,5 milyard dollardan 576,6 milyard dollara qədər azalıb.
Hafta.az-ın yazdığına görə, açıqlamada qeyd olunub ki, göstəricinin əvvəlki dəyərlə müqayisədə 1,2 faiz azalması “əsasən müsbət yenidən qiymətləndirmə ilə bağlıdır”. Bir həftə əvvəl beynəlxalq ehtiyatlarda 3 milyard dollar artım qeydə alınıb.
Rusiyanın beynəlxalq ehtiyatları 2019-cu ildə 85,9 milyard dollar, 2020-ci ildə təxminən 41,4 milyard dollar artıb. 2022-ci il fevralın 18-də Rusiyanın ehtiyatları 643,2 milyard dollarla tarixin ən yüksək səviyyəsinə çatıb. Amma febralın 18-də müharibə başlayandan sonra ilin sonunadək Rusiyanın beynəlxalq ehtiyatları 48,6 milyard dollar azalıb.
Bu il may ayının sonunda 11,6 milyard dollar, iyunda isə 1,8 milyard dollar azalarkən, iyulda 7,5 milyard dollar artımın ardından avqust ayında ehtiyatlarda 8,3 milyard dollar azalma olub.
Rusiyanın beynəlxalq valyuta ehtiyatlarının təxminən 300 milyard dolları sanksiyalar səbəbindən dondurulub.