Rusiyanın ixracında rublun payı 40 faizi ötüb

09:10 29.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkənin ixracında rublla ödənişlərin payının 41 faizə çatdığını bildirib.

Hafta.az-ın yazdığına görə, Moskva Maliyyə Forumunda (Mosfinforum) danışan Reşetnikov, rublun ixracatdakı payının iyul ayında yüzdə 41 olduğunu vurğulayaraq, avqust və sentyabr aylarında bu dərəcələrin daha da artacağının gözləndiyini ifadə edib.

Rusiyanın iqtisadi inkişaf naziri ölkə idxalında rublla ödənişlərin payının 30 faizə çatdığına diqqət çəkib.

İxracda ödənişlərin rublla payının kəskin artmasının Rusiyanın təbii qaz tədarükü müqavilələrində ödəniş valyutası olaraq rubla keçməsi ilə bağlı olduğu düşünülsə də, keçən ilin sentyabrında Rusiyanın enerji şirkəti “Qazprom” müqavilə imzaladığını açıqlamışdı. Çinin CNPC şirkəti ilə təbii qazın daşınması ödənişlərində yuan və rubla keçid əldə edildi.

Baş nazirin enerji məsələləri üzrə müavini Aleksandr Novak bildirib ki, “Qazprom”un avropalı müştərilərinin əksəriyyəti tədarük olunan təbii qazın həcminin 90-95 faizini rublla ödəyir.

Rusiya İqtisadi İnkişaf Nazirliyi avqustda iqtisadi artımın illik bazda 5,2 faiz olduğunu bildirib. Nazirliyin hesabatında bildirilib ki, avqust ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi artım 5,2 faiz olub. Qeyd olunub ki, bu ilin 8 ayında iqtisadi artım illik bazda 2,5 faiz qeydə alınıb.

Nazirlik sentyabr ayı üçün artım proqnozunu 1,2 faizdən 2,8 faizə yüksəldib.

Oxunma sayı 202