Rusiyanın Ukrayna taxılı ilə bağlı problemləri yaranıb - Bloomberg

18:10 09.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya limanlarının sıxlığı səbəbindən taxıl ixracı ilə bağlı çətinliklər yaşayır. Bu həcmlərin əhəmiyyətli hissəsini müvəqqəti işğal olunmuş ərazilərdən oğurlanmış Ukrayna taxılları təşkil edir.

Bloomberg-ə görə, SovEcon-un məlumat verir ki, Rusiya iyul ayında 4,4 milyon ton buğda göndərib. Bu da rekord aylıq göstəricidir və orta hesabla təxminən 60% çoxdur. ABŞ hökuməti qeyd edib ki, Rusiya Federasiyası ixrac mövsümünə son üç onillikdə ən böyük buğda ehtiyatı ilə başlayıb.

Eyni zamanda, Azov dənizindəki bəzi terminallar anbar tutumunun olmaması səbəbindən taxıl qəbulunu dayandırıb. İndi Azov dənizindəki daha kiçik Rusiya limanları Qara dənizin Novorossiysk taxıl limanından daha çox yüklənir.

SovEcon-un məlumatına görə, Rusiyada satışlar son həftələrdə külli miqdarda taxılın emalı nəticəsində yaranan “darboğazlara” görə səngiyib.