Rusiyaya gedən yük qatarında gizlənərək sərhədi keçməyə cəhd edən şəxs saxlanılıb

13:27 28.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərləzindən məlumat verilib.

Bildirilib ki, oktyabr ayının 26-da saat 04:35-də Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərib.

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.