Bu ilin ilk altı ayında Rusiya şirkətləri 3,3 milyard dollar xarici sərmayə qoyub.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, bu barədə araşdırma aparan AK&M bildirir ki, sərmayə məbləği son 5 ilin ən yüksək səviyyəsinə çatıb. Ancaq xəbərə görə, sözügedən investisiyalar məhdud sayda müqavilələrdən ibarətdir və yeni bir tendensiyanın ortaya çıxmasından danışmaq mümkün deyil.
Ötən ilin birinci yarısında Rusiya şirkətlərinin xaricdən aldığı aktivlər 256 milyon dollarla məhdudlaşdırılıb. Bu il əldə edilən ümumi məbləğ 12,6 dəfə artıma uyğundur.
RBC ilin birinci yarısında əsas xarici investisiyaları bu cür sadalayıb: “Rosatom”un Qazaxıstanda 1,6 milyard dollarlıq işi, ACQ Aquisition tərəfindən Braziliyada nikel və mis mədənlərinin 1 milyard dollara alınması, Tatneft-in Türkiyədəki Aytemiz Akaryakıt yanacaqdoldurma məntəqələri şəbəkəsini 336 milyon dollara alması.