Sabah 800-dən çox abonent qazsız qalacaq

14:36 28.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda sızma ilə əlaqədar sabah 800-dən çox abonentin qaz təchizatı dayandırılacaq.

Hafta.az xəbər verir ki, rayonun Xırmandalı kəndindən keçən təbii qaz xəttində aşkar olunmuş sızmanın qarşısının alınması məqsədilə avqustun 29-da saat 10:00-dan başlayaraq kəndin bir hissəsində, ümumilikdə 839 abonentin mavi yanacaqla təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.