Sabah Bakıda avtobuslar işləməyəcək

12:58 18.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu şənbə Bakı şəhərində avtobuslar işləməyəcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) hafta.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq:

“20 iyun bazar günü olmasına baxmıyaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək”.