Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan olunan xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri mütəmadi qaydada davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinə rayonun Əsədli kəndindəki fərdi yaşayış evlərinin birində karantin rejiminin qaydalarını pozaraq 10-a yaxın şəxsin toplaşaraq xınayaxdı məclisi təşkil etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gələrək orada karantin rejiminin tələblərinin pozulduğunu aşkarlayıblar. Mərasim dayandırılıb və orada olan şəxslərdən iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələnib. Digər şəxslərə isə ciddi xəbərdarlıq edilib.