Yazını böyüt
Yazını kiçilt
SOCAR “Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
“Azəriqaz” İB-dən hafta.az-a bildirilib ki, “Azəriqaz” İB-nin və KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.
Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” avqustun 23-də saat 15:00-dan 16:00-dək sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.