Samsung ilk dəfə qadın prezident təyin edir

15:40 05.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Samsung” şirkəti prezidentliyə bir qadının namizədliyini irəli sürdüyünü rəsmən açıqlayıb. Bu Lee Young Hee-dir. O, hazırda Samsung-un DX (Device Experience) Qlobal Marketinq Mərkəzinə rəhbərlik edir. Bu, smartfon biznesinə nəzarət edən şöbədir.

Lee Yong Hee 2007-ci ildən Samsung Electronics-də işləyir. 2012-ci ildə vitse-prezident vəzifəsinə yüksəlib. 2007-ci ildə Samsung-a qoşulmazdan əvvəl Li L'Oreal-da çalışıb. Samsung şirkəti ona Samsung Galaxy telefonlarının imicini və brendini təbliğ etdiyinə görə təşəkkür edir.

Oxunma sayı 1790