Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinati Emmanuel Mtxetva Parisdə yoxa çıxıb və itkin düşmüş elan olunub.
Hafta.az xəbər verir ki, 58 yaşlı diplomatla sentyabrın 29-da günorta saatlarından sonra əlaqə qurmaq mümkün olmayıb. Səfirliyin təhlükəsizlik xidməti yalnız həmin axşam hüquq-mühafizə orqanları bununla bağlı məlumatlandırıb. Polis səfirin yaxınlarını dindirərək, araşdırmalara başlayıb.
Cənubi Afrika səfirliyi Orse sahilində, Parisin 7-ci dairəsindəki Fransa Xarici İşlər Nazirliyinin iqamətgahının yaxınlığında yerləşir. Portalın məlumatına görə, Mtxetvanın telefonu sonuncu dəfə paytaxtın qərbindəki 16-cı dairədə rayonda lokalizə edilib. İstintaq diplomatın yoxa çıxması ilə bağlı müxtəlif versiyaları araşdırır.
Mtxetva 2024-cü ilin fevralında Cənubi Afrikanın Fransadakı səfiri təyin edilib. 2009-2014-cü illərdə o, polis işləri üzrə nazir vəzifəsində çalışıb, daha sonra idman, incəsənət və mədəniyyət naziri kimi fəaliyyət göstərib. /"Actu17"/