Bazar ertəsi Ukraynanın İsveçrəyə yeni gələn səfiri İrina Venediktova İsveçrə hakimiyyətini Kiyevə Rusiyanın genişmiqyaslı təcavüzünə müqavimət göstərməyə kömək edə biləcək yerli istehsal olunan silahların ixracına başlamağa çağırıb.
Hafta.az-ın yazdığına görə, Venediktova "Reuters" agentliyinə müsahibəsində belə bir müraciət edib. Səfir qeyd edib ki, İsveçrənin bitərəfliyi və Ukraynaya silahların təkrar ixracı ayrıca məsələ kimi nəzərdən keçirilməlidir.
"Mən İsveçrənin bitərəfliyinə hörmət edirəm, çünki bu, İsveçrə dövlətinin əsasıdır. Amma hər gün vurğulayıram ki, bitərəflilik və reeksport tamamilə fərqli anlayışlardır. Biz xahiş etmirik, silahları bizə verin deyirik”, - Venediktova vurğulayıb.
Səfir İsveçrənin öz mövqeyini çox tezliklə dəyişəcəyini gözləyir, çünki İsveçrə silahlarının Ukraynaya təkrar ixracına dəstək artmaqdadır: "Bizə bu silah və sursatlar ən qısa zamanda lazımdır. Bu, xalqımızın sağ qalması məsələsidir”.
Qeyd edək ki, İsveçrə Rusiyanın Ukraynaya təcavüzü ilə mübarizədə istifadə oluna biləcək silahların təkrar ixracına qadağa qoyulması ilə bağlı mövqeyinə görə beynəlxalq səviyyədə tənqid edilib. Almaniya, Danimarka və İspaniya Bernə silahlara ixrac icazəsi üçün müraciət edib və rədd cavabı alıb.