Səhiyyə Nazirliyi Qaxda hamilə qadının xəsarətləri barədə məlumat yaydı

15:34 26.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində boğulma xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hamilə qadının vəziyyəti barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.

Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu özünə qayıdıb.

 

Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.