Şəkidə ağac qaz xəttinin üzərinə düşdü

17:49 26.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində böyük bir ağac dametri 76 mm olan qaz xəttinin üzərinə aşıb.

Bu barədə hafta.az-a “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

Bundan başqa bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb. Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.